Brent markalı neftin qiyməti bu həftə 6% azalıb.
News365.az “Reuters”-ə istinadla xəbər verir ki, qiymətlərin enməsinə ABŞ və İran arasında mümkün diplomatik razılaşmaya dair gözləntilərin artması təsir edib.
Bununla yanaşı, bazarda Hörmüz boğazının gələcəyi ilə bağlı narahatlıqlar davam edir. Neft treyderləri arasında bu vəziyyəti ifadə etmək üçün “NACHO” (Not Any Chance Hormuz Opens – “Hörmüz boğazının açılacağına heç bir şans yoxdur”) termini də yayılmağa başlayıb.