AZ

Kənd təsərrüfatı nazirinin müavini Salyanda aprobasiya prosesinin gedişi ilə tanış olub, fermerlərlə görüşüb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 may, AZƏRTAC

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Salyan rayonunda toxumluq taxıl sahələrində aparılan aprobasiya prosesinin gedişi ilə tanış olub, toxumçu fermerlər və aprobatorlarla görüş keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini sahədə aprobasiya prosesinin ilk dəfə “AXA Mobil” tətbiqi vasitəsilə elektron qaydada həyata keçirilməsi və nəticələrin rəqəmsal formada sənədləşdirilməsi mərhələsini izləyib. “AXA Mobil” tətbiqi sahədə məlumatların operativ və mərkəzləşdirilmiş şəkildə ötürülməsi, eləcə də nəticələrin elektron formada paylaşılması baxımından mühüm üstünlüklər təqdim edir.

Zaur Əliyev qeyd edib ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyan olunmuş toxumluq əkin sahələrinun sort təmizliyinin, xəstəlik və zərərvericilərə qarşı davamlılığın, həmçinin gələcək məhsuldarlıq potensialının düzgün qiymətləndirilməsi ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Nazir müavini fermerlərin yüksək keyfiyyətli yerli toxumla təmin edilməsinin vacibliyini vurğulayaraq, bu istiqamətdə innovativ həllərin və rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinin prioritet məsələlərdən olduğunu bildirib.

Sonda fermerlər və mütəxəssislərlə görülən işlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib, müvafiq tapşırıq və tövsiyələr verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr