AZ

Kondisioner ustalarının freon yalanı FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yay yaxınlaşdığı üçün kondisionerlərə də maraq artır. Artıq həm evlərdə, həm də avtomobillərdə çox adam bu əvəzsiz qurğunu sazlamağa çalışır. Bu yerdə isə bəzi əməli saleh olmayan ustalar istehlakçıların məlumatsızlığından sui-istifadə edirlər. 

Avtosfer.az rusdilli mənbələrə istinadla xəbər verir ki, bəzi ustalar müştəriləri hər il kondisionerə freon doldurmağın zəruriliyinə inandırıb. Əslində isə normal kondisionerdə bu doluma ehtiyac yoxdur.

Normal, hermetikliyi pozulmayan texnikada freon itkisi olmamalıdır. Vaxtaşırı freon doldurulması çarə deyil, hansısa nasazlığın əlamətidir.

Sadəcə olaraq, bəzi ustalar ya etimaddan sui-istifadə edir, ya da işini dügün bacarmır. Hər bir halda ziyan kondisioner sahibinə dəyir. Bu fikirlər həm avtomobil, həm də məişət kondisionerləri üçün keçərlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr