AZ

"Azər Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 22-də "Azər Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

APA-Economics” xəbər verir ki, yığıncağın gündəliyinə "Azər Türk Bank"ın kənar auditor tərəfindən yoxlanılmış 2025-ci il üzrə maliyyə hesabatlarının və 2025-ci ilin idarəetmə hesabatının təsdiq edilməsi məsələləri daxil edilib.

Qeyd edək ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Seçilən
14
1
apa.az

2Mənbələr