AZ

“Bakının ev sahibliyi etdiyi WUF13 forumu dünya diqqət mərkəzindədir” - Aydın Hüseynov

"Bakıda keçirilən WUF13 forumu Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıyan tədbirlərdən biridir. Belə böyük forumun ölkəmizdə təşkil olunması göstərir ki, Azərbaycan artıq qlobal səviyyədə vacib müzakirələrin aparıldığı etibarlı platformaya çevrilib. Dünyanın müxtəlif ölkələrindən siyasətçilərin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin Bakıya gəlməsi ölkəmizin təhlükəsiz, sabit və müasir dövlət imicini daha da gücləndirir. Forum çərçivəsində dayanıqlı şəhərsalma, ekoloji təhlükəsizlik, “ağıllı şəhər” modelləri və urbanizasiya ilə bağlı məsələlərin müzakirə olunması Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda ölkəmizdə geniş quruculuq və yenidənqurma işləri həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir şəhər və kəndlərin salınması yeni urbanizasiya modelinin formalaşdığını göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Qeyd edək ki, Bakıda keçirilənAzərbaycanın beynəlxalq platformalarda artan rolunu bir daha nümayiş etdirən mühüm tədbirlərdən biri kimi qiymətləndirilir. Mayın 17-dən 22-dək davam edən forum çərçivəsində dayanıqlı şəhərsalma, urbanizasiya proseslərinin yaratdığı çağırışlar, “ağıllı şəhər” modelləri, ekoloji təhlükəsizlik, sosial inklüzivlik və müasir yaşayış mühitinin formalaşdırılması kimi məsələlər geniş müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər, şəhərsalma mütəxəssisləri və beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi tədbir Bakının qlobal dialoq məkanına çevrildiyini göstərir.

Deputat bildirib ki, WUF13 forumu Azərbaycanın bu sahədəki təcrübəsini dünyaya təqdim etməsi üçün də yaxşı imkan yaradır.

"Eyni zamanda, digər ölkələrin təcrübəsinin öyrənilməsi gələcək layihələr üçün faydalı ola bilər. Burada əsas məqsəd insanların rahat yaşayışının təmin olunması, ekoloji tarazlığın qorunması və müasir infrastrukturun düzgün şəkildə qurulmasıdır. Forumun praktik təsirlərinə gəldikdə isə, düşünürəm ki, bu tədbir şəhərsalma sahəsində yeni yanaşmaların tətbiqinə müsbət təsir göstərəcək. Xüsusilə “ağıllı şəhər” texnologiyalarının genişlənməsi, yaşıl enerji layihələrinin artırılması və şəhərlərdə sosial infrastrukturun inkişafı daha da sürətlənə bilər. Bundan başqa, beynəlxalq əməkdaşlığın genişlənməsi yeni investisiyaların cəlb olunmasına da kömək edə bilər. Ümumilikdə, WUF13 forumu həm Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən, həm də ölkənin gələcək şəhərsalma siyasətinə müsbət təsir göstərən vacib platforma kimi qiymətləndirilə bilər".

Seçilən
49
aznews.az

1Mənbələr