AZ

Otaq ətirlərindən istifadə edənlərə həkimdən xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qapalı məkanlarda istifadə olunan ətir, dezodorant və təmizlik vasitələri ətrafdakı insanlarda kəskin astma tutmalarına səbəb ola bilər. Havaya yayılan kimyəvi qoxular xüsusilə qapalı mühitlərdə tənəffüs yollarını qıcıqlandıraraq sağlamlıq üçün ciddi risk yaradır.Demokrat.az xəbər verir ki, Trakya Universitetinin Tibb Fakültəsinin İctimai Səhiyyə Kafedrasının müdiri Qalip Ekuklu bununla bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, keyfiyyətsiz və gizli şəraitdə istehsal edilən qoxulu yuyucu vasitələr, fərdi dezodorantlar və ətirlər təhlükə mənbəyidir. Bu fəsadlar yalnız həmin məhsulları vuran şəxslərlə məhdudlaşmır, eyni mühiti paylaşan digər xəstələrin də sağlamlığını birbaşa təhdid edir. Qapalı otaqda sıxılan ətir fərqinə varmadan yanımızdakı astma xəstəsinə ağır anlar yaşada bilər. Təmizlikdə çox istifadə edilən ağardıcılar da bu siyahıya daxildir. Kimyəvi maddələrin nəfəs yolu ilə bədənə daxil olması astma və KOAH kimi ağciyər xəstəliklərini kəskinləşdirir.Ekspertin fikrincə, bu cür keyfiyyətsiz kimyəvilər həm də ozon qatının nazilməsinə və qlobal istiləşməyə mənfi təsir göstərir.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr