AZ

Türkiyədə narkotik əməliyyatı – Saxlanılan məşhurlarla bağlı yeni qərar açıqlandı



Türkiyədə narkotiklərlə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində saxlanılan tanınmış şəxslərlə bağlı məhkəmə qərarı verilib. Aparılan araşdırmalardan sonra bir sıra məşhurlar məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Məlumata görə, Aslıhan Turanlı, Berkay Şahin, Volkan Bahçekapılı və repçi Blok3 daxil olmaqla ümumilikdə 10 nəfər azadlığa buraxılıb.

Məhkəmə onların barəsində ölkədən çıxış qadağası və məhkəmə nəzarəti qərarı tətbiq edib. Bildirilib ki, saxlanılan şəxslər istintaq müddətində müəyyən şərtlərə əməl etməli olacaqlar.

İş üzrə adı keçən Hakan Aydın üçün isə əlavə nəzarət tədbiri müəyyənləşdirilib. Ona həftədə iki dəfə aidiyyəti qurumda imza vermək öhdəliyi qoyulub.

İstintaq çərçivəsində saxlanılan Mehmet Rahşan barəsində isə həbs qərarı çıxarılıb. Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların davam etdiyi bildirilib.



Seçilən
32
aia.az

1Mənbələr