AZ

Anar Quliyev: WUF13-də Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və dirçəlişlə bağlı təcrübəsini bölüşüb

"WUF13 boyunca Azərbaycan dayanıqlı şəhərsalma, milli şəhər forumlarının təşkili, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı yenidənqurma və dirçəliş işləri ilə bağlı təcrübəsini bölüşüb".

APA xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) bağlanış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev deyib.

O bildirib ki, həmin ərazilər işğal dövründə urbisid, ekosid və kultursidə məruz qalıb.

“Bu ərazilərdə həyata keçirilən yenidənqurma prosesi miqyasına görə misilsizdir və digər postmünaqişə vəziyyətləri üçün nümunə ola bilər. Ölkə öz maliyyə resursları və milli potensialı hesabına Böyük Qayıdış Proqramı çərçivəsində məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edir. Hazırda təxminən 110 şəhər, qəsəbə və kənd üzrə planlar artıq təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanma mərhələsindədir”, – deyə o qeyd edib.

Seçilən
10
2
apa.az

3Mənbələr