AZ

DÇ 2026: CAR mundiala kimlərlə gedir?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcək Cənubi Afrika Respublikasının (CAR) milli komandasının yekun heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Qapıçılar: Ronven Uilyams, Rikardo Qoss, Brandon Peterson, Şifo Şayn.

Müdafiəçilər: Huliso Mudau, Olvethu Makhanya, Bredli Kross, Tabiso Monyane, Thabang Matuludi, Nkosinati Sibisi, Obrey Modiba, Mbekezeli Mbokazi, İme Okon, Samukelo Kabini.

Yarımmüdafiəçilər: Teboho Mokoena, Jeyden Adams, Bruklin Poggenpoel, Lebohang Maboe, Talent Mbatha, Yaya Sithole.

Hücumçular: Osvin Appollis, Çepanq Moremi, Evidens Makqopa, Layl Foster, İkraam Rayners, Relebohil Mofokenq, Temba Zvane, Patrik Masvanqanyi, Tapelo Morena, Tapelo Maseko, Kamogelo Sebelebele.

Xatırladaq ki, CAR yığması turnirin qrup mərhələsində A qrupunda Meksika, Cənubi Koreya və Çexiya milliləri ilə qarşılaşacaq.

Qeyd edək ki, 11 iyun-19 iyul tarixlərində baş tutacaq nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika ortaq sahiblik edəcəklər. Ümumilikdə isə mundiala 48 komanda qatılacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
4
cebheinfo.az

5Mənbələr