AZ

Azərbaycanın 4 ayda ixrac etdiyi azot gübrəsinin həcmi açıqlanıb

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 92 min 073,25 ton azot gübrəsi ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 4 ayında ixrac olunan azot gübrəsinin dəyəri 34 milyon 589,52 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 45,6 %, həcmi isə 2,3 dəfə azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 0,23 % təşkil edir. Bu ilin 4 ayının qeyri-neft sektoru üzrə ixracında payı isə 0,74 % təşkil edib.

4 ayda Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
2
cebheinfo.az

10Mənbələr