AZ

Mübariz Mənsimov Xəzər Lənkəran klubun keçmiş futbolçuları və tanınmış simaları ilə görüşüb

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Xəzər Lənkəran klubunun fəxri prezidenti Mübariz Mənsimov sosial şəbəkə hesabında klubun keçmiş futbolçuları və tanınmış simaları ilə görüşündən paylaşım edib.

Gununsesi.info-nun xəbərinə görə, Mənsimov bildirib ki, bu gün “Xəzər-Lənkəran”ın əfsanələri sayılan Alim Qurbanov və Zaur Ramazanov, eləcə də Azərbaycan futbolunun tanınmış simalarından biri olan Oktay Abdullayev onun qonağı olublar.

Görüş zamanı əsas müzakirə mövzusu “Xəzər-Lənkəran”ın yadda qalan illəri və Azərbaycan futbolunda buraxdığı iz olub. Mənsimov paylaşımında həmin dövrün fərqli atmosferindən, komandanın güclü heyətindən və stadionlarda yaşanan böyük coşğudan bəhs edib.

O, xüsusilə “Xəzər-Lənkəran” azarkeşlərinin komandaya bağlılığını vurğulayaraq, həmin illərin Azərbaycan futbolu üçün unudulmaz olduğunu qeyd edib:

“Bakıya gəlib o oyunlara baxmaq, stadiondakı atmosferi yaşamaq, xüsusilə də komanda azarkeşlərinin coşğusunu görmək unudulmaz idi. Klubuna bu qədər bağlı və sadiq fanatlar həqiqətən fərqli idi”.

Sonda Mənsimov bütün “Xəzər-Lənkəran” azarkeşlərinə, klubun uğurları üçün çalışan futbolçulara, məşqçilərə və kollektiv üzvlərinə salamlarını çatdırıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
icma.az

1Mənbələr