Bakı, 22 may, AZƏRTAC
Bu, mənim Ümumdünya Şəhərsalma Forumunda ilk iştirakımdır. Dünyanın müxtəlif yerlərindən gələn insanların bir araya gəlməsini, mənzil təminatı və qarşılaşdığımız digər şəhərsalma problemlərinin öhdəsindən gəlmək üçün bilik və həll yollarını bölüşməsini görmək həqiqətən çox ruhlandırıcı oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən "Swimmable Cities" təşkilatının həmtəsisçisi və proqram direktoru Metyu Sayks deyib.
O, həmçinin Azərbaycandakı qonaqpərvərliyi yüksək qiymətləndirərək, minnətdarlığını bildirib.