AZ

ChatGPT artıq PowerPoint-də: Slaydları süni intellekt hazırlayacaq

OpenAI artıq Microsoft PowerPoint proqramında da ChatGPT inteqrasiyasını istifadəyə verib. Yeni beta funksiyası sayəsində istifadəçilər süni intellekt vasitəsilə təqdimat slaydları yarada, mövcud slaydları redaktə edə və yeniləyə biləcəklər. Sistem təbii dil əmrləri ilə işləyir və həmçinin Gmail, Outlook və SharePoint kimi xidmətlərdən məlumat çəkə bilir.

QHT.az xarici mediaya istinaadən bildirir ki, funksiya hazırda beta mərhələsində olsa da, əksər OpenAI istifadəçiləri, o cümlədən pulsuz plan və ChatGPT Business abunəçiləri üçün əlçatandır.

Bu imkan daha əvvəl, 2025-ci ilin sentyabrında Anthropic şirkətinin Claude çatbotunda təqdim edilmişdi. Google isə öz Google Slides platformasında Gemini inteqrasiyasını artıq uzun müddətdir inkişaf etdirir.

Məlumata görə, OpenAI-nin gələcək IPO planları fonunda şirkət rəqiblərinin funksiyalarını sürətlə öz ekosisteminə əlavə etməyə çalışır. ChatGPT artıq bundan əvvəl də Excel və Google Sheets kimi korporativ alətlərə inteqrasiya edilmişdi.

Seçilən
67
qht.az

1Mənbələr