AZ

Türkiyənin məşhur universiteti bağlandı – FOTO

Türkiyədə “Can Holding”in tərkibindəki İstanbul Bilgi Universitetinin fəaliyyəti dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Hürriyet” rəsmi sənədlərə istinadən məlumat yayıb.

Bildirilib ki, qərarı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Məlumata görə universitet təxminən 210 min kvadratmetrlik ərazini əhatə edirdi. Hazırda universitetin 20 mindən çox tələbəsi, 70 mindən çox məzunu və 1000-dən artıq akademik heyəti var. Bundan başqa, sözügedən təhsil ocağının subbakalavr, bakalavr və magistratura tələbələrinə təhsil verən 8 fakültə, 3 institut, 3 peşə ali məktəbi və 150-dən çox proqramı mövcuddur.

“Milliyet” nəşri bildirir ki, tələbələr təhsillərini İstanbul Bilgi Universitetinin akkreditə olunmuş ali məktəbi sayılan Memar Sinan Gözəl Sənətlər Universitetində davam etdirəcəklər.

Qanunvericiliyə əsasən, bütün vəqf universitetləri üçün zəmanətçi olan akkreditə edilmiş təhsil müəssisəsi mütləq dövlət universiteti olmalıdır.

Türkiyənin

Seçilən
14
editor.az

1Mənbələr