AZ

Sadə çayın detoks xüsusiyyəti açıqlandı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Təbii çay növləri bədəndəki maddələr mübadiləsini sürətləndirən və hüceyrələri qoruyan güclü antioksidant mənbəyidir. Xüsusilə yaşıl, ağ və bəzi bitki çayları qaraciyərin funksiyasını dəstəkləyərək zərərli maddələrin orqanizmdən xaric olunmasına kömək edir. Lakin çay təkbaşına möcüzəvi təmizləyici vasitə deyil, sadəcə bədənin təbii filtrləmə sisteminə müsbət təsir göstərən vasitədir.Demokrat.az xəbər verir ki, tibb ekspertləri çayın arıqlama və ya tam detoks effekti verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətiriblər. Təbii çayların tərkibindəki polifenollar bədəndəki iltihab proseslərini

azaldır və maye balansını tənzimləyərək şişkinliyi götürür. Qeyd olunub ki, çay daxili orqanları toksinlərdən birbaşa təmizləmir, çünki bu vəzifəni insan bədənində qaraciyər və böyrəklər icra edir. Keyfiyyətli çay istehlakı isə həmin orqanların işini yüngülləşdirir və ümumi tonusu qaldırır.Bazarda "detoks çayı" adı altında satılan bəzi qarışıqların tərkibindəki kimyəvi və ya güclü otlar isə əksinə, orqanizmə zərər vura bilər. Ekspertlər bildirir ki, süni qatqılı arıqlama çayları bağırsaq sistemini pozur və bədəni susuz qoyur. Bu səbəbdən detoks məqsədilə bitki çayları seçərkən tam təbii, şəkərsiz məhsullara üstünlük verilməli və gün ərzində normadan artıq istifadə edilməməlidir.Yəni, çay daxili orqanları sehirli şəkildə təmizləmir, sadəcə qaraciyərin işini asanlaşdıraraq bədəndən şişkinliyin atılmasına kömək edir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
demokrat.az

1Mənbələr