Bakı, 22 may, AZƏRTAC
Afrika şəhərləri iqlim risklərinin mərkəzinə çevrilib. Bu, qitənin bütün subregionlarında aydın görünür. Biz iqlimədavamlı mənzil və şəhər infrastrukturu qurmaq üçün tikinti metodlarımızı dəyişməliyik.
AZƏRTAC xəbər verir ki, bunu UN-Habitat-ın Afrika üzrə Regional Ofisinin mütəxəssisi Jane Lumumba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, Afrikada əhalinin təxminən 5 faizi ipoteka kreditlərindən yararlana bilir. Böyük əksəriyyət isə qeyri-qanuni yaşayış məskənlərində yaşamaq məcburiyyətində qalır. Bu, onların seçimi deyil, rəsmi mənzil ekosisteminin mövcud tələbata adekvat cavab verməməsindən qaynaqlanır.
Fotoqraf - Nicat Haşımov