“Napoli” klubunun baş məşqçisi Antonio Konte komandanı tərk etməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcək və italiyalı mütəxəssis klubdan təzminatsız ayrılacaq. Rəsmi açıqlamanın həftəsonu veriləcəyi gözlənilir.
Konte 2024-cü ildən “Napoli”ni çalışdırır. Onun rəhbərliyi altında komanda A Seriyasının qalibi olub və İtaliya Superkubokunu qazanıb.