AZ

Konte “Napoli”dən ayrılır

“Napoli” klubunun baş məşqçisi Antonio Konte  komandanı tərk etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcək və italiyalı mütəxəssis klubdan təzminatsız ayrılacaq. Rəsmi açıqlamanın həftəsonu veriləcəyi gözlənilir.

Konte 2024-cü ildən “Napoli”ni çalışdırır. Onun rəhbərliyi altında komanda A Seriyasının qalibi olub və İtaliya Superkubokunu qazanıb.

Seçilən
4
idmanxeber.az

1Mənbələr