AZ

Qərblə müharibə: Rusiya Belarus ərazisini hərbi bazaya çevirir

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya getdikcə Belarusu gələcək əməliyyatlar üçün hərbi bazaya çevirir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Moskva və Minsk birgə təlimlərini başa çatdırdı. Təlim zamanı Rusiya Belarusa nüvə silahları yerləşdirdi və Belarus hərbi qulluqçularına “İsgəndər-M” raket sistemlərini idarə etmək üçün təlim keçirildi. Həmçinin, Rusiya strateji qorxutma nümayiş etdirdi: donanmasının, strateji aviasiyasının və raket qüvvələrinin iştirakı ilə “Yars”, “Xəncər”, “Zirkon” və digər raketləri buraxdı. Kreml Belarusu faktiki olaraq daha dərindən nəzarətinə çəkir və ərazisini gələcək hərbi ssenarilərə hazırlayır”, - məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
axar.az

1Mənbələr