Ajans.az “Daily Mail”-ə istiandən xəbər verir ki, 49 yaşlı Adrien Martel aprelin əvvəlində qarının sağ hissəsində qaşınma hiss edib. Növbəti gün həmin nahiyədə şişkinlik yaranıb və o, xəstəxanaya müraciət edib. İlkin müayinədən sonra həkimlər vəziyyəti tüklərin batması kimi qiymətləndirərək antibiotik təyin edib və pasiyenti evə buraxıblar. Lakin xəstənin vəziyyəti qısa müddət sonra kəskinləşib. Onun sözlərinə görə, yara qaralıb və açılıb, daha sonra isə ciddi iltihablı, dərin bir zədə yaranıb. Təkrar xəstəxana müayinəsi zamanı zədələnmiş toxumanın bir hissəsi çıxarılıb və müalicə aparılıb. Həkimlər yaranın dəqiq səbəbini açıqlamasa da, Martel hadisəni “yalançı dul” (Steatoda cinsi) hörümçəyinin dişləməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, hadisədən əvvəl avtomobilində bu növ hörümçək görüb.
Mütəxəssislər qeyd edirlər ki, bu hörümçəklərin zəhəri “qara dul” hörümçəyi qədər təhlükəli olmasa da, bəzi hallarda ciddi dəri infeksiyalarına səbəb ola bilər.