AZ

"Əzrayıl" məhkumun damarını tuta bilmədi, ölüm hökmü bir il təxirə salındı

ABŞ-ın Tennessi ştatında ölüm hökmünün icrası zamanı yaşanan qalmaqallı hadisə edamın bir il müddətinə təxirə salınmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, məhkum Toni Karrutersə ölümcül iynə vurulmalı idi. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları bir saatdan çox müddətdə onun damarını tapa bilməyiblər. Nəticədə Tennessi ştatının qubernatoru edam hökmünü bir il müddətinə təxirə salıb.

Məhkumun vəkili bildirib ki, proses zamanı müdafiə etdiyi şəxsin ağrıdan üz-gözünü turşutduğunu və inildədiyini müşahidə edib. O, baş verənləri “dəhşətli mənzərə” adlandırıb.

Bu arada ABŞ-də ölüm hökmü ilə bağlı daha bir qalmaqallı qərar qəbul edilib.

Seçilən
24
publika.az

1Mənbələr