Alberta Baş naziri Daniel Smit oktyabrın 19-da bölgənin Kanadadan ayrılması ilə bağlı referendumun keçiriləcəyini deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, Daniel Smit Kanadanın CBC telekanalında yayımlanan müraciətində bu barədəməlumatverib.
“Mən hökumətimizdən 19 oktyabr referendumunda əvvəllər elan edilmiş səsverməyə əlavə bir sual əlavə etməsini xahiş edəcəm”,-deyə xanım baş nazir qeyd edib.
O əlavə edib ki, əyalət sakinlərindən Albertanın Kanadanın tərkibində qalıb-qalmaması və ya region hakimiyyətinin ölkə konstitusiyasında nəzərdə tutulduğu kimi məcburi əyalət referendumunun keçirilməsi üçün hüquqi prosesə başlaması barədə qərar vermələri xahiş olunacaq.