Azərbaycan I Liqasında çempion olub Premyer Liqaya vəsiqə qazanan “Şəfa” klubunun büdcəsi bəlli olub. İlk mövsümdə elitada qalmaq üçün mübarizə aparacaq komandanın heç də zəif maliyyəsi olmayacaq.
Bakı təmsilçisinin rəhbərliyi ilk mövsüm üçün kluba təxminən 1,5-2 milyon vəsait ayıracaq. Dövlət dotasiyasından gələn 2,5 milyon maliyyəni də nəzərə alsaq, “Şəfa”nın növbəti mövsüm üçün büdcəsi təxminən 4-4,5 milyon manat olacaq.
Bu maliyyə ilə yaxşı heyət formalaşdırıb komanda APL-də qalmaq hədəfi ilə çıxış edəcək. Əgər paytaxt təmsilçisi ilk mövsümdə məqsədinə çatsa, klubun iddiaları da böyüyəcək.
İdmanxeber.az