AZ

Özgür Özəldən şok açıqlama: “Deyirlər ki, Əkrəm İmamoğlundan...”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Mütləq etibarsız” qərarı ilə Cümhuriyyət Xalq Partiyasının sədri vəzifəsindən uzaqlaşdırılan Özgür Özəl CHP qərargahında diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Özəl yenidən CHP sədri postuna qaytarılan Kamal Kılıçdaroğlu ilə danışmaq istəmədiyini bildirib.

Kılıçdaroğlunun ona zəng etdiyini bildirən Özəl deyib:

“Kılıçdaroğlu da daxil olmaqla bir çox telefon zəngi aldım. Hələ ona geri zəng etməmişəm. Nədən danışacağıq?”

Qərarı “Türkiyə demokratiyası üçün qaranlıq bir gün” adlandıran Özəl prosesin yalnız CHP-yə qarşı deyil, birbaşa millətə qarşı olduğunu iddia edib.

Özəl bildirib ki, bu məsələ nə Özgür Özəlin, nə də dəyişiklik qurultayının məsələsidir:

“Bu müharibə millətə qarşı aparılıb. Bu çevriliş bizə qarşı deyil, millətə qarşıdır”. 

CHP daxilindəki dəyişiklik prosesi ilə bağlı Özəl bildirib ki, 2023-cü il seçkilərindən sonra partiya böyük bir özünütənqid prosesinə qədəm qoyub. 

Yerli seçkilərdə qazanılan uğurun hakim partiyanı narahat etdiyini iddia edən Özəl “Yerli seçkilərdə AKP-nin korrupsiyalaşmış sistemini həqiqətən də pozduq. 47 ildən sonra CHP-ni lider partiya etdik”, -deyib. 

Özügür Özəl prezidentliyə namizəd kimi Əkrəm İmamoğlunu dəstəkləməyə davam edəcəyini bildirb: 

“Mənə deyirlər ki, Əkrəmdən imtina et, mübarizəni burax, Ankaraya qayıt, partiyanın başında otur. Mən o yerdə oturmayacam. Sarayın icazəsi ilə o yerdə oturmayacam”. 

Bu qərara qarşı hüquqi mübarizəyə başlatdıqlarını açıqlayan Özəl deyib:

“Qərarın ləğvi üçün Ali Məhkəməyə müraciət etdik. Həmçinin, Ali Seçki Şurasının bizə verdiyi seçki sertifikatını qüvvədə saxlamasını gözləyirik”.

Kamal Kılıçdaroğlunun hələ telefon zənginə cavab vermədiyini deyən Özəl “Cənab Kılıçdaroğlunun AKP məhkəmə sisteminin köməyi ilə CHP kürsüsünə qayıtmaq istədiyini düşünmək istəmirəm. Bugünkü şəraitdə belə bir dialoq keçmiş hüquqi prinsiplərə yaraşmazdı” deyib. 

Qeyd edək ki, Ankara Regional Apelyasiya Məhkəməsi “Mütləq etibarsız” qərarı ilə CHP-nin 4-5 noyabr 2023-cü il tarixli 38-ci Adi Qurultayının nəticələrini ləğv edib.

Məhkəmə həmçinin, CHP sədri Özgür Özəlin və Mərkəzi İcraiyyə Komitəsinin və İntizam Komitəsinin üzvlərinin vəzifələrindən uzaqlaşdırılmasını əmr edib.

Bundan başqa, məhkəmə Kamal Kılıçdaroğlunun Partiya Şurasının üzvlərinin və İntizam Komitəsinin üzvlərinin müvəqqəti olaraq vəzifələrini icra etmələri barədə qərar verib.

Qurultayın ləğvi ilə sonrakı bütün adi və fövqəladə qurultaylar, həmin tarixdən sonra qəbul edilmiş qərarlar qüvvədən düşüb.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr