AZ

Sibiqa: Ukraynadakı müharibə dönüş nöqtəsinə çatır

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi "dönüş nöqtəsinə" çatır.

Ölkə.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri  Andrey Sibiqa  Ukrayna-NATO Şurasının qeyri-rəsmi iclasında deyib.

Sabiq nazir Kiyevin sadəcə kömək istəmədiyini, həm də NATO ölkələri üçün tərəfdaş olduğunu vurğulayıb.

"Ukrayna artıq sadəcə ianə istəmir; biz təhlükəsizliyin təmin edilməsində iştirakçı, donor və təcrübəmizi müttəfiqlərimizlə bölüşməyə hazır olan tərəfdaşıq. Müdafiə xərclərinin artırılması sülhün qarantıdır", - Sibiqa qeyd edib.O NATO-nun hər bir üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıb. "Bu investisiya həyatımızda ən böyük sülh dividendini gətirəcək", - o deyib.

Sibiqa həmçinin əlavə edib ki, Moskvaya təzyiq artdığından müharibədə dönüş nöqtəsi yaxınlaşır.

"Ukrayna öz mövqeyini qoruyub saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil. Sülhə nail olmaq üçün üç əsas elementə diqqət yetirməliyik: diplomatiya, təzyiq və güc", - o bildirib.

O əlavə edib ki, sülh səylərində yenilənmiş təkan lazımdır.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
3
olke.az

4Mənbələr