AZ

Bu gün şəhid Tunar Əliyevin doğum günüdür

Əliyev Tunar Qoşqar oğlu 22 may 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur.  2005-ci ildə Gəncə şəhəri  Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-ci ildə orta təhsilini başa vurmuşdur. 2018-2019-cu illərdə həqiqi hərbi çağırılmış, MN-in “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur. Hərbi xidmət zamanı “Təşəkkürnamə” ilə təltif edilmiş, ona kiçik çavuş rütbəsi verilmişdir. Gəncədə fəaliyyət göstərən kafelərin birində adminstrator vəzifəsində çalışmışdır.

QHT.az xəbər verir ki, Gəncə sakini Əliyev Tunar 4 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvəlləri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əliyev Tunar Qoşqar oğluna şəhid statusu verilmişdir.

 

Seçilən
58
qht.az

1Mənbələr