AZ

Sualtında şahmat çılğınlığı: dünya çempionu bəlli oldu FOTO/VİDEO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşanın Tarnovo Podqurne şəhərində dayvinq-şahmat üzrə dünya çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu, qeyri-adi idman növünün tarixində ən böyük turnir olub. Yarışda 62 iştirakçı mübarizə aparıb. Şahmatçılar hovuzun dibində yerləşdirilən maqnit fiqurlarla gediş edib, hər həmlədən sonra isə nəfəs almaq üçün suyun üzərinə çıxıblar.

Turnirin qalibi 24 yaşlı litvalı qrossmeyster Paulyus Pultineviçius olub. Gümüş medalı polşalı Kamil Dzida, bürüncü isə Hindistan təmsilçisi Harşit Raja qazanıb. Qadınların yarışında Anna Anjeyevska birinci yeri tutub.

Dayvinq-şahmat ənənəvi şahmatla su altında nəfəs saxlama bacarığını birləşdirən idman növüdür. Oyunçular oksigen balonundan istifadə etmədən suya enir, gediş edir və yenidən üzə çıxırlar. Bu səbəbdən partiyalarda təkcə taktiki düşüncə yox, fiziki dözümlülük də həlledici rol oynayır.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr