AZ

Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi...-İSRAİL MEDİASI

" "Efes 2026" təlimlərində Türkiyə genişmiqyaslı amfibiya əməliyyatını və yeni hava hücumundan müdafiə sistemlərini nümayiş etdirib və eyni zamanda NATO daxilində təsirini artırmaq ambisiyalarını irəli sürüb."
 
Moderator.az xəbər verir ki, bunu İsrailin "Maariv" nəşri yazır.
 
"Türkiyə mürəkkəb, birgə əməliyyatları vurğulayan genişmiqyaslı illik Efes 2026 təlimlərinə başlayaraq artan hərbi imkanlarını nümayiş etdirməyə davam edir. Ssenarinin Türkiyə Hərbi Dəniz Qüvvələrinin dünyanın ilk belə pilotsuz uçuş aparatları daşıyıcısı sayılan flaqman gəmisi "TCG ANADOLU"-dan birbaşa koordinasiya edilən dənizdən quruya genişmiqyaslı amfibiya hücumudur.
 
Əməliyyatın dəniz mərhələsində "ZAHA" zirehli amfibiya maşınları, eləcə də eyni vaxtda iki sahil ərazisinə yan alan orta və yüngül desant gəmiləri iştirak edirdi.  Təlimin əlavə dalğasına dəniz piyadalarını çatdıran 30 müasir "Karayel" hücum qayığı, 19-cu Komando briqadasının bölmələri və mühəndis qrupları daxil idi.
 
Sahilə yan almadan öncə mina sahələrini aşkar etmək və zərərsizləşdirmək üçün avtonom sualtı vasitələrdən istifadə edən xüsusi mina təmizləmə qrupları yerləşdirilib. Eyni zamanda, "ATAK" hücum helikopterləri, artilleriya batareyaları və snayperlər fasiləsiz atəşlə qorunma təmin ediblər. 
 
Türkiyə Hərbi Hava Qüvvələri də əməliyyatı fəal şəkildə dəstəklədi: iki "F-16" qırıcı təyyarəsi sahil hədəflərinə təxminən 150 mərmi atdı və  raket hücumundan qorunmaq üçün istilik tələləri tətbiq etdi.
 
Ayrı bir element genişmiqyaslı hava manevri oldu: əməliyyatda 21 helikopterdən ibarət qrup iştirak etdi, o cümlədən dörd "T-129 ATAK" hücum helikopteri, üç "CH-47 Chinook" nəqliyyat helikopteri, dörd "AS-532" helikopteri və on "S-70 Black Hawk" helikopteri. Onların köməyi ilə 19-cu Komando briqadasının qüvvələri Dutluköyü və Alankır təpəsi arasındakı strateji əraziyə yerləşdirildi. "S-70" helikopterləri həmçinin xarici asqıda 105 mm-lik "BORAN" topları və komanda maşınları daşıyırdı. Təlimdə yaralıların mobil səhra xəstəxanasına təxliyəsi ssenariləri də yer alırdı...
 
Müdafiə sistemlərinə xüsusi diqqət yetirildi. Təlim zamanı Türkiyə ilk dəfə olaraq yeni "Polad Günbəz" hava hücumundan müdafiə sisteminin elementlərini nümayiş etdirdi və ordunun texnoloji modernləşdirilməsini vurğuladı.
 
Siyasi səviyyədə Ankara NATO-dakı rolunu gücləndirməyə çalışır. Alyansın 7-8 iyul tarixlərində Ankarada keçiriləcək zirvə toplantısından əvvəl Türkiyə hakimiyyəti passiv iştirakdan aktiv strateji liderliyə keçidi təşviq edir. Xarici işlər naziri Hakan Fidan bu konsepsiyanı İsveçin Helsinqborq şəhərində keçirilən hazırlıq iclasında təqdim edib. Eyni zamanda, Türkiyə Avropa paytaxtlarında aktiv diplomatik kampaniya aparır.
 
Bundan əlavə, Ankara NATO-ya yeni yanacaq boru kəməri layihəsi təklif edib ki, bu da Türkiyə tərəfinin fikrincə, mövcud həllərdən beş dəfə daha səmərəlidir və alyansın şərq cinahına enerji təchizatını gücləndirməyə qadirdir. Liviya və Suriyadan olan bölmələrin təlimlərdə iştirakı Türkiyənin regional ambisiyalarını və Yaxın Şərqdə təsirini genişləndirmək istəyini daha da vurğulayır"- xəbərdə belə deyilir.
 
Xatırladılır ki, bunda əvvəl yerlio media İsrailin təkbaşına döyüşə bilməyəcəyi  və ABŞ-ın bu ölkənin hava hücumundan müdafiə sisteminə düşən yükü qiymətləndirməsinə dair material da dərc edib.
 
S.Laçın
Seçilən
17
50
moderator.az

10Mənbələr