AZ

Boz qurdlar bayquşlar a qarşı

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasının sonuncu - 33-cü turu çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Masazırda baş tutacaq.

"Turan Tovuz" "Bank Respublika Arena"da "Sabah"ı qəbul edəcək. Əslində bu oyun Tovuzda keçirilməli idi. Sadəcə, Tovuz təmsilçisi stadionunu avrokuboklar üçün təmir etdirdiyinə görə, sonuncu turda Masazırda nominal meydan sahibləri kimi çıxış edəcəklər.

Qeyd edək ki, "Sabah" cari mövsümdə dubl edərək həm ölkə çempionu olub, həm də kuboku baş üzərinə qaldırıb. "Turan Tovuz" isə "bürünc"ə sahib çıxıb.

Misli Premyer Liqası

III dövrə, XXXIII tur

17:00. "Turan Tovuz" - Sabah" 

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin ƏliyevVAR: Tural QurbanovAVAR: Teymur TeymurovHakim-inspektor: Feyzulla FeyzullayevAFFA nümayəndəsi: Azər ƏsgərovMasazır. "Bank Respublika Arena".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
sport24.az

1Mənbələr