AZ

ABŞ Ukraynaya 108 milyonluq zenit-raket kompleksləri üçün avadanlıq satışını təsdiqləyib

BAKI, 22 may. TELEQRAF

ABŞ Ukraynaya HAWK zenit-raket kompleksləri üçün avadanlıq və texniki xidmətlərin mümkün satışını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayımlanan açıqlamada bildirilib.

Məlumata görə, Kiyev HAWK hava hücumundan müdafiə sistemləri üçün komplekt hissələri, ehtiyat parçaları, modernləşdirmə və texniki xidmət dəstəyi, həmçinin avadanlıqların təmiri və geri qaytarılması xidmətlərinin alınmasına icazə istəyib.

Sövdələşmənin ümumi dəyərinin 108,1 milyon dollar olduğu qeyd olunur.

Layihənin əsas podratçısı kimi “Sierra Nevada Corporation” şirkəti çıxış edəcək.

ABŞ Dövlət Departamenti bəyan edib ki, bu satış Vaşinqtonun milli maraqlarına uyğundur və regiondakı qüvvələr balansını dəyişməyəcək. Həmçinin qeyd olunub ki, sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Seçilən
92
teleqraf.com

1Mənbələr