AZ

KİV: ABŞ İran əməliyyatı zamanı MQ-9 Reaper dronlarının 20 faizini itirib

BAKI, 22 may. TELEQRAF

ABŞ ordusu İrana qarşı həyata keçirilən hərbi əməliyyat zamanı MQ-9 Reaper tipli ağır kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarının təxminən 20 faizini itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, fevralın sonundan davam edən döyüşlər zamanı İran ABŞ-yə məxsus ikidən çox MQ-9 Reaper dronunu məhv edib. Bu göstərici Pentaqonun müharibədən əvvəlki ehtiyatlarının təxminən beşdə birinə bərabərdir.

Agentlik qeyd edir ki, bir MQ-9 Reaper pilotsuz aparatının dəyəri 30 milyon dollara çatır. Bu dronlar yüksək texnologiyalı sensor və kameralarla təchiz olunub, həmçinin “Hellfire” raketləri və JDAM tipli idarəolunan aviabombalar daşıya bilir.

“Bloomberg”in məlumatına əsasən, zədələndikdən sonra istismardan çıxarılan aparatlarla birlikdə ABŞ ümumilikdə 30-a yaxın MQ-9 Reaper itirmiş ola bilər.

Agentlik vurğulayır ki, dəymiş ümumi zərərin həcmi 1 milyard dollara çata bilər.

Seçilən
124
teleqraf.com

1Mənbələr