AZ

“Gələcəkdə mümkün olsa da, buna ehtiyacım yoxdur”

"Formula 1"in 7 qat dünya çempionu, 41 yaşlı britaniyalı pilot Luis Həmilton gələcəkdə “24 saat Nürburqrinq” yarışında iştirak etmə ehtimalına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli pilotçu bu barədə jurnalistlərə açıqlamasında qeyd edib.

“Əlverişli vaxtda Nürburqrinqi və Şimal dövrəsini keçməyi məmnuniyyətlə istərdim. Bəlkə… Bilmirəm. Amma buna ehtiyacım yoxdur”, – deyə Həmilton mətbuat konfransında bildirib.

Xatırladaq ki, 2025-ci ildən britaniyalı pilot Formula 1-də İtaliyanın “Ferrari” komandasında çıxış edir. Hazırda o, dörd mərhələdən sonra 51 xalla pilotlar sıralamasında 5-ci yerdə qərarlaşıb.

Daha əvvəl Həmilton karyerasını başa vuracağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirmişdi.

Seçilən
91
90deqiqe.az

1Mənbələr