AZ

Dünya WUF13-dən danışır

Xəbər verildiyi kimi, ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. Şübhəsiz, bu cür qlobal tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmizin təhlükəsiz, sabit, innovativ və əməkdaşlığa açıq tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir. Şübhəsiz, belə bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir. Bu mənada demək olar ki, bəşəriyyətin gələcəyi naminə bu sessiyada qəbul edilən qərarlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin növbəti uğuru kimi dəyərləndirilir. Forum çərçivəsində keçirilən görüşlərdə, iştirakçıların rəylərində də bu fikirlər xüsusi qeyd edilir.

Dünyanın 182 ölkəsindən 45 mindən artıq qeydiyyata alınmış nümayəndənin iştirak etdiyi WUF13 ilyarım əvvəl Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra ikinci ən böyük beynəlxalq tədbir sayılır. Yeri gəlmişkən, indiyədək heç bir sessiya Bakıdakı qədər geniş və müxtəlif auditoriyanı bir araya gətirməyib. Bununla Azərbaycan beynəlxalq aləmdə təkcə regionun deyil, dünyanın əsas siyasi və mədəni görüş yerlərindən biri olmasını, strateji qərarların qəbul edildiyi məkan kimi tanındığını bir daha təsdiqləyir. WUF13-ün açılış mərasimindəki nitqində Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsinin COP29 qədər uğurlu olacağına əmin olduğunu vurğulayıb.  Şübhəsiz, bu tədbir də ən möhtəşəm tədbir kimi dünya tarixinə düşəcək.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından vacib platforma sayılan bu möhtəşəm Forum COP29 kimi dünyanın da diqqət mərkəzindədir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilən Bakı nələrə qadir olduğunu bir daha nümayiş etdirir. Dünya da bütün bunları təqdir edir. Belə ki, Türkiyənin, Pakistanın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Qazaxıstanın, Gürcüstanın, Meksikanın, Gürcüstanın, Braziliyanın, Çinin, Yaponiyanın, Cənubi Koreyanın, Hindistanın, Malayziyanın, Nepalın, İsveçrənin, Macarıstanın, Serbiyanın, Polşanın, Albaniyanın, Bolqarıstanın, Rusiyanın, Belarusun, Belarusun, Cənubi Afrika Respublikasının, Keniyanın, Anqolanın, İsrailin, Rusiyanın, Misirin, Özbəkistanın və digər ölkələrin aparıcı media resurslarında, həmçinin bir sıra televiziya kanallarında Bakının ev sahibliyi etdiyi bu tədbir geniş işıqlandırılır. Həmin materiallarda ölkəmizin qonaqpərvərliyi, Prezident İlham Əliyevin tədbirin açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji” konsepsiyalarının uğurlu tətbiqi, 30 il erməni işğalı altında olan və tamamilə dağıdılaraq məhv edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, Bakının şəhərsalma sahəsində qlobal dialoq mərkəzinə çevrilməsi xüsusi vurğulanır. Həmçinin bildirilir ki, Cənubi Qafqazda ilk dəfə keçirilən WUF13 platforması xarici qonaqlara Azərbaycanda şəhərsalma və memarlıq sahəsində baş verən dəyişikliklərlə daha dərindən tanış olmaq imkanı verir. Ölkəmizdə urbanizasiya siyasətinin tarixə bağlılığı qorumaqla, müasir inkişaf modelini birləşdirən mühüm strategiyaya çevrildiyi vurğulanır. Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəki və digər şəhərlərdə həyata keçirilən şəhərsalmanın inkişaf modeli ölkənin sistemli modernləşmə siyasətinin göstəricisi kimi təqdim edilir. Üstəlik, ölkəmizin təşkilatçılıq səviyyəsi və Forumun çoxşaxəli gündəliyi yüksək qiymətləndirilir. Şübhəsiz, bütün bunları beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə verilən yüksək dəyər kimi qiymətləndirmək olar.  Yeri gəlmişkən onu da vurğulayaq ki, həmin materiallarda ölkəmizin üzləşdiyi problemlər də yer alır. Məsələn, Kolumbiyanın aparıcı media platformalarından olan “ZonaCero” xəbər portalında “Azərbaycan və mina problemi: daha böyük həmrəylik tələb edən məsələ” sərlövhəli məqalədə Ermənistanın uzun illər davam edən işğalı dövründə Azərbaycan ərazilərində basdırılmış minaların yaratdığı təhlükədən bəhs edilir. Bildirilir ki, hazırda Azərbaycan ərazisinin təxminən 13,4 faizi bir milyondan artıq mina və partlamamış hərbi sursatlarla çirklənib. Bu vəziyyət də məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz şəkildə geri qayıdışını çətinləşdirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
37
ikisahil.az

1Mənbələr