AZ

Salah karyerasını Türkiyə nəhəngində davam etdirəcək?

Türkiyə Super Liqasında iddialı heyət qurmaq istəyən "Fənərbağça" yay transfer pəncərəsi öncəsi bombanı partlatmağa hazırlaşır.

Fanat.Az Britaniyanın məşhur "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un misirli super ulduzu Məhəmməd Salah karyerasını İstanbul nəhəngində davam etdirməyə müsbət yanaşır.

İngiltərə təmsilçisi ilə müqavilə müddəti başa çatmaqda olan 33 yaşlı hücumçunun azad agent kimi "sarı-lacivərdlilər"in heyətinə qoşulma ehtimalı olduqca yüksəkdir.

Məlumata görə, karyerasını mütləq Avropada davam etdirmək istəyən təcrübəli vingerlə Türkiyə klubu arasında ilkin danışıqlar artıq müsbət yekunlaşıb.

Seçilən
5
1
fanat.az

2Mənbələr