AZ

Fransa səfiri: Azərbaycanda keçirilən WUF13 böyük uğurdur

Bakı, 21 may, AZƏRTAC

Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yüksək beynəlxalq iştirak səviyyəsi ilə seçilir.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, forum böyük uğur qazanıb. Onun sözlərinə görə, iştirakçıların və qeydiyyatdan keçən qonaqların sayı, ehtimal ki, rekord həddə çatıb. Bu isə tədbirin aktuallığını və əhəmiyyətini göstərir.

Səfir qeyd edib ki, mənzil böhranı istisnasız olaraq bütün ölkələri və cəmiyyətləri əhatə edən qlobal problemdir və bu məsələ birgə həll yollarının axtarılmasını tələb edir.

Diplomat vurğulayıb ki, effektiv və dayanıqlı həllərin hazırlanması üçün qabaqcıl təcrübə mübadiləsi və problemin açıq müzakirəsi mühümdür. Onun fikrincə, WUF13 forumu da məhz bu məqsədə xidmət edir.

Seçilən
40
2
azertag.az

3Mənbələr