Azərbaycan I Liqasında pley-off mərhələsinin iştirakçıları müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, son turda “Cəbrayıl”a 3:2 hesabı ilə qalib gələn “Şimal” xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 9-cu pilləyə yüksəlib. Bununla da Xaçmaz təmsilçisi sonuncu sıradan xilas olaraq çempionatda qalmaq şansını qoruyub.
Beləliklə, “Şimal” II Liqanı ikinci pillədə başa vuran “Qaradağ Lökbatan”la pley-off görüşündə üz-üzə gələcək. Bir oyundan ibarət olacaq qarşılaşmanın qalibi 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ əldə edəcək.
Digər tərəfdən, MOİK-lə keçirilən matçda 0:4 hesabı ilə məğlub olan “Difai” turnir cədvəlinin son pilləsinə düşərək I Liqanı tərk edib.