AZ

Mədinə Sadıqova Avropa çempionatında finala yüksəldi

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova uğurlu çıxışı ilə finala yüksəlib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan xanım karateçimiz yarımfinal görüşündə İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Beləliklə, Mədinə Sadıqova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.

 

Seçilən
4
4
90deqiqe.az

3Mənbələr