Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova uğurlu çıxışı ilə finala yüksəlib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan xanım karateçimiz yarımfinal görüşündə İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.
Beləliklə, Mədinə Sadıqova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.
AÇ: Karateçilərimizdən 6 medal
Karateçilərimizdən Avropa çempionatında 6 medal
Karateçilərimiz Avropa çempionatına yola düşüb
Dünya çempionatında Azərbaycan karateçilərindən iki medal
Azərbaycan karateçisi Rusiyada bürünc medal qazandı