ABŞ Prezidenti Donald Tramp İsrail, ABŞ və İran arasındakı silahlı münaqişənin tezliklə başa çatacağı fikrini bildirib.
“Bu, mənim ən sevdiyim statistikalardan biridir: Bu gün ABŞ-da tarixin istənilən vaxtından daha çox insan işləyir. Və bu, İranla tezliklə, çox tezliklə başa çatacaq münaqişə zamanı baş verir. Və bu münaqişə bitdikdə, benzinin qiyməti əvvəlkindən aşağı düşəcək”, - deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.