BAKI, 21 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Bryansk vilayəti və Belarusdan gələn təhdidlər səbəbindən ölkənin şimalında sərhədlərin mühafizəsinin gücləndirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı hazırda Çerniqov-Kiyev istiqamətində bütün müdafiə tədbirlərinin görüldüyünü bildirib.
Zelenski vurğulayıb ki, Rusiyanın yeni hücuma hazırlaşdığı Bryansk və Belarus istiqamətində sərhəd möhkəmləndiriləcək, müdafiə və təhlükəsizlik qüvvələrinə əlavələri cəlb olunacaq.
O qeyd edib ki, Rusiya Belarusu müharibəyə cəlb etməyə çalışır:
“Güclənmək üçün imkan var, həmçinin Rusiyanın əraziləri ilə bağlı preventiv fəaliyyət göstərmək imkanı da mövcuddur - təhlükə oradan gələ bilər. Belarusun faktiki rəhbərliyi də daim ayıq-sayıq olmalıdır, bilməlidirlər ki, əgər Ukraynaya və xalqımıza qarşı aqressiv addımlar atılsa, bunun nəticələri olacaq. 2022-ci ildə hücumun Belarus ərazisindən başladığını da xatırlayırıq. Bunu unutmayacağıq. Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələri, kəşfiyyat orqanlarımız hansı təhlükələrin mövcud olduğunu və necə cavab vermək lazım gəldiyini bilirlər”.