AZ

Fərid Şəfiyev: Laçın və Kəlbəcər 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi

Bakı, 21 may, AZƏRTAC

Nə üçün biz Laçın və Kəlbəcər nümunələrini məhz “urbisid” kimi xarakterizə edirik? Urbisidi adi müharibə dağıntılarından fərqləndirən digər iki mühüm məqam etnik təmizləmə və yaşayış məntəqəsinin mədəni kimliyinin qəsdən, planlı şəkildə yox edilməsidir. Bu şəhərlər atəşkəs imzalandıqdan - 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi. Səbəb isə bəllidir: azərbaycanlı əhalinin öz yurdlarına geri qayıtmasının qarşısını almaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev bildirib.

O bildirib ki, Ermənistan işğal etdiyi bəzi ərazilərdə qanunsuz məskunlaşdırma aparmaqla süni demoqrafik dəyişikliklərə cəhd göstərməsi səbəbindən Laçın şəhərinin mərkəzində kütləvi dağıntılar geniş miqyas almamışdı. Bununla belə, Laçın və Kəlbəcər rayonlarının ətraf kəndləri, eləcə də digər yaşayış məntəqələri tamamilə viran edilmişdi.

Müxbirlər – Ceyhun Xəlilov, Elgün Niftəli
Fotoqraf – İlkin Cavanşirov
Operator – İlham Nadirov
Seçilən
60
2
azertag.az

3Mənbələr