Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdəti təmin edilir.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Mohammed Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu, Azərbaycan paytaxtına xüsusi gözəllik verir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı Prezident İlham Əliyevi təbrik edib.
O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksəksəviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirib.
Bizim.Media