AZ

Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb

ain.az bildirir, Sherg.az portalına istinadən.

Ukraynalı iş adamı Timur Minidiçin Prezident Volodimir Zelenskiyə qarşı məhkəmə iddiası qaldırmasının səbəbi rəsmi Kiyevin hərəkətlərindən dərin narazılıq və məyusluq hissi ola bilər.

Sherg.az xəbər verir ki, bu fikri NEWS.ru nəşrinə müsahibəsində politoloq Vladimir Kornilov səsləndirib.

Ekspertin versiyasına görə, Minidiç Ukrayna KİV-lərinə dövlət başçısının yaxın ətrafı ilə bağlı kompromat xarakterli materialları özü ötürmüş ola bilər. Kornilov hesab edir ki, bununla biznesmen növbəti hədəfin məhz Zelenskinin özü ola biləcəyinə işarə vurur.

“Minidiç özünü, yumşaq desək, aldadılmış və xəyanətə məruz qalmış hesab edir. O, həqiqətən də Ukrayna prezidentinin komandasının "pul kisəsi" olub, Zelenski ilə sıx əməkdaşlıq edib. Bunu həmin "Minidiç lentləri"də təsdiqləyir. Böyük ehtimalla, həmin materiallar elə onun özü tərəfindən yayımlanıb. Məncə, bu, qisas deyil, daha çox xəbərdarlıq, Zelenskiyə göndərilmiş qara nişandır”, - deyə Kornilov bildirib.

Politoloqun fikrincə, gələcəkdə Minidiç Ukrayna liderinin digər tanınmış rəqibləri ilə də birləşə bilər. O, mümkün müttəfiqlərdən biri kimi Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendelin adını çəkib.

Kornilov hesab edir ki, əgər Kiyev biznesmenə qarşı təzyiqləri artırarsa, belə bir ittifaqın yaranması ehtimalı yüksələcək.

Xatırladaq ki, daha əvvəl Timur Minidiçin Volodimir Zelenskiyə qarşı məhkəmə iddiası qaldırdığı məlum olub. Biznesmen bu yolla ona qarşı tətbiq edilmiş sanksiyalar barədə prezident fərmanının ləğvinə nail olmağa çalışır.

2025-ci ilin noyabrında Ukraynada geniş rezonans doğuran korrupsiya qalmaqalı baş vermişdi. Həmin vaxt yeddi nəfərə qarşı ittiham irəli sürülmüş, onların arasında Ukrayna mediasında tez-tez “Zelenskinin pul kisəsi” adlandırılan Timur Minidiç də yer almışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
sherg.az

1Mənbələr