AZ

MPL: Növbəti mövsümün transfer dönəmlərinin tarixi açıqlandı

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü üçün "transfer pəncərələri"nin vaxtı bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-dək (saat 23:59), qış transfer dönəmi isə 2027-ci il yanvarın 14-dən fevralın 10-dək (saat 23:59) olacaq.

2027-ci il martın 31-i agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.

Seçilən
26
10
fanat.az

10Mənbələr