AZ

Paula Qaviria: Məcburi köçkünlərlə bağlı məsələlərdə yerli səviyyədə preventiv tədbirlər xüsusi əhəmiyyət daşıyır

Bakı, 21 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Humanitar yardım–inkişaf əlaqəsi və ərazi əsaslı yanaşma çərçivəsində məcburi köçkünlük proseslərinin idarə edilməsi” mövzusuna həsr edilən tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Məcburi Köçkünlərin Hüquqları üzrə mütəxəssis Paula Qaviria məcburi köçkünlərlə bağlı məsələlərdə ərazi səviyyəsində preventiv tədbirlərin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

Paula Gaviria vurğulayıb ki, fəaliyyət planları məhz həmin icmaların iştirakı ilə hazırlanmalı və məcburi köçkünlər prosesin birbaşa iştirakçısına çevrilməlidir. Mütəxəssisin sözlərinə görə, hökumət, yerli idarəetmə qurumları və məcburi köçkün əhali bu prosesdə aktiv iştirak etməlidir.

Müxbir - Mehrac Ağasiyev, Aydan Həsənli

Seçilən
31
azertag.az

1Mənbələr