AZ

“Rusiya silahlanma yarışına qoşulmur, nüvə triadası plan üzrə inkişaf edir” - Putin

Rusiya onilliklər əvvəl planlaşdırıldığı kimi nüvə qüvvələrini inkişaf etdirir.

Redaktor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Belarusla birgə keçirilən nüvə qüvvələri təlimi zamanı bu barədə açıqlama verib.

Putin bildirib ki, Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil.

“Dediyim kimi, silahlanma yarışına cəlb olunmaq niyyətimiz yoxdur. Nüvə triadamız tələb olunan səviyyədə qalacaq. Onilliklər əvvəl planlaşdırdığımız hər şeyi edirik”, - deyə dövlət başçısı vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
34
1
redaktor.az

2Mənbələr