AZ

İtaliya Ben-Qvirə qarşı Aİ sanksiyaları tələb edib

BAKI,TurkicWorld Yusif Şərifzadə

İtaliya İsrailin ifrat sağçı naziri İtamar Ben-Qvirə qarşı Avropa İttifaqının sanksiyalar tətbiq etməsini istəyib. Bakı, AzerVoice xəbər verir ki, bu tələb Ben-Qvirin Qəzzaya yönələn “Global Sumud Flotilla” fəallarının əlləri bağlı, diz çökmüş və başları yerə əyilmiş vəziyyətdə görüntülərini paylaşması ilə əlaqədardır.

TurkicWorld xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani sosial şəbəkədə bildirib ki, o, Ben-Qvirə qarşı sanksiya tətbiq olunmasını tələb edib.

Nazir qeyd edib ki, bu tələb “flotiliyaya qarşı törədilmiş qəbuledilməz hərəkətlərə, fəalların beynəlxalq sularda saxlanılaraq zorla aparılmasına və onların ən fundamental insan hüquqlarını pozacaq şəkildə təhqir və alçaldılmaya məruz qoyulmasına” görə irəli sürülüb.

Seçilən
13
turkic.world

1Mənbələr