AZ

İsrail Qəzza flotiliyasından saxlanılan bütün fəalların deportasiya edildiyini açıqlayıb

BAKI,TurkicWorld Yusif Şərifzadə

İsrail Xarici İşlər Nazirliyi Qəzzaya doğru hərəkət edən flotiliyadan saxlanılaraq məcburi şəkildə İsrailə aparılan bütün xarici fəalların artıq deportasiya olunduğunu bildirib.

TurkicWorld xəbər verir ki, nazirlikdən verilən açıqlamada qeyd olunub ki, deportasiya prosesi tamamlanıb və xarici fəallar ölkələrinə geri göndərilib. Bu addım flotiliya ilə bağlı yaranmış diplomatik gərginlik və beynəlxalq reaksiyalar fonunda həyata keçirilib.

Seçilən
22
turkic.world

1Mənbələr