AZ

Deputat Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurmanı nümunə göstərdi -

“Dünya bir çox çağırışlarla üz-üzədir. Reallıq budur ki, biz qeyri-bərabərliklərin olduğu bir dünyada yaşayırıq və müharibələr, münaqişələr və iqlim fəlakətləri mövcuddur”.Metbuat.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai“Məlumatların mövcud olmadığı şəraitdə iqlim riski: Mənzil, qeyri-formal yaşayış və iqlim dayanıqlılığı” adlı sessiyada çıxışı zamanı qeyd edib. O, bildirib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının yenidən inkişafı çərçivəsində, şəhərlərin sıfırdan qurulması prosesini sizinlə bölüşmək üçün unikal bir layihədir.“Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzur regionlarını necə yenidən qurduğunu, yeni texnologiyaları və “ağıllı şəhər” həllərini necə tətbiq etdiyini görmək çox sevindiricidir. Çünki bütün bunlar insan amili ilə bağlıdır. Bu proses zamanı məqsəd həmin ərazilərə qayıdan insanların özlərini daha yaxşı hiss etməsini və daha yüksək həyat keyfiyyətinə sahib olmasını təmin etməkdir. Bu, Azərbaycanın inkişaf yolunun bir göstəricisidir”.

Aynur Abdınova / Metbuat.az

Seçilən
8
metbuat.az

1Mənbələr