Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü üçün transfer pəncərələrinin vaxtı müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Qərara əsasən, yay transfer dövrü iyunun 19-da başlayacaq və sentyabrın 10-u saat 23:59-da başa çatacaq.
Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 14-dən fevralın 10-dək davam edəcək.
Bundan əlavə, 2027-ci il martın 31-i agent statusuna malik peşəkar futbolçuların sifarişi üçün son tarix kimi müəyyən olunub.